Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk

Baxılıb: 565     Tarix: 10-03-2020 12:55   
Vətəndaş Həmrəyliyi Partiyasından olan deputat Fəzail İbrahimli Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.
Qanunvehedef.az xəbər verir ki, Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.
1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.
2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.
Qeyd edək ki, müxalifətdən olan deputatın vitse-spiker seçilməsi ilk dəfədir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar