Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İtaliyada olan Azərbaycan vətəndaşlarına müraciət edildi

Baxılıb: 485     Tarix: 11-03-2020 11:35   

İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edib və qərarı baş nazir Cüzeppe Konte imzalayıb.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yeni qərarda martın 10-dan aprelin 3-dək bütün İtaliya ərazisinin “qapalı zona” elan olunduğu bildirilib.
Virusun ilk olaraq yayıldığı “qırmızı zona”: Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan aşağıdakı ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur:
- İş xarakterli və ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş və çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi,
- Virusa yoluxmuş bütün şəxslər üçün məcburi və ciddi karantin rejiminin tətbiq olunması,
- Bütün təhsil müəssisələrinin bağlanması,
- Bütün muzey, kino, teatr, idman zalları, istirahət mərkəzləri, diskoteka, bar və oyun mərkəzlərinin bağlanması,
- Futbol oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin qadağan olunması,
- Yalnız ərzaq mağazalarının saat 6:00-dan 18:00-dək məhdud rejimdə çalışması və müştərilər arasında 1 metrlik təhlükəsizlik məsafəsinin qorunmasına ciddi nəzarət edilməsi,
- Kilsə və digər dini mərkəzlərin məhdud rejimdə çalışması, bütün kütləvi mərasimlərin keçirilməsinin qadağan olunması və sair.
Qərarda qeyd olunan təhlükəsizlik qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.
İtaliya ərazisində olan və müvəqqəti səfərə gələn xarici ölkə vətəndaşlarına və turistlərə öz ölkələrinə qayıtmalarına icazə verilir.
İtaliyanın Nazirlər Şurası yanında Mülki Müdafiə departamentinin yaydığı son məlumata (9 mart, 18:00) görə, ölkə ərazisində virusa yoluxanların sayı 7985 nəfər, virusdan ölüm halları isə 463 nəfər təşkil edir və 724 nəfərdə sağalma qeydə alınmışdır.
Azərbaycanın İtaliyadakı səfirliyi ölkə ərazisində olan bütün azərbaycanlıların ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.шаблоны для dle 11.2