Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Orta məktəblərdə dərs ili uzadılacaq? – Rəsmi

Baxılıb: 804     Tarix: 13-03-2020 11:48   

Hazırda orta məktəblərdə tədris ilinin uzadılması müzakirə edilmir.
Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov acıqlama verib.
“Hazırda dərs saatlarının kompensasiya olunması üçün işçi qrupu çalışır. Təhlillər aparıldıqdan sonra ümumi format bəlli olacaq. Ümumiyyətlə isə dərs ilinin uzadılması Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir”, - nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, ölkədə koronavirus səbəbindən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi martın 3-dən etibarən (martın 27-dək) müvəqqəti dayandırılıb. Bununla əlaqədar orta məktəb şagirdləri üçün itirilən dərs saatlarının bərpa edilməsi məqsədi ilə martın 11-dən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Ali təhsil müəssisələrində isə tədris ilinin iyunun 15-dək davam etdirilməsi barədə Təhsil nazirinin müavini Firudun Qurbanov qərar qəbul edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar