Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Lenini sevən direktorun özbaşınalığı... - Ekspert

Baxılıb: 616     Tarix: 05-06-2018 11:35   
Ümumtəhsil məktəblərinin nizamnaməsinə, Təhsil haqqında qanun və digər normativ sənədlərə riayət etmək məktəb direktorunun vəzifə borcudur. Əgər riayət etmirsə, düşünürəm ki, Təhsil Nazirliyi, yaxud Bakı şəhər Təhsil İdarəsi ölçü götürməlidir.
Bu sözləri təhsil eksperti Etibar Əliyev Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun şagirdlərin geyindiyi qırmızı qalstukları “qırmızı pioner qalstuku” kimi xüsusi fərqləndirib, bunun gözəl nümunə olduğunu bildirməsi və təbliğ etməsi haqda Qanunvehedef.az-a danışarkən deyib. O bildirib ki, Sovet təhsil sisteminin ideoloji imkanları artıq dərsliklərdə də istifadə olunmur:
“Bu özbaşınalıqdır. Vahid məktəbli formasında Sovet qalstuku nəzərdə tutulmur. Ola bilsin, həmin direktorun Sovet dövrü ilə bağlı nostalgiyası var”.
Ekspert Cümhuriyyətimizin 100 illik yubileyi günlərində AXC-ni işğal edən, Azərbaycanın daha 70 il əsarətdə yaşamasının banisi olan və Azərbaycan torpaqlarının ermənilərə verilməsinin əsasını qoyan Leninin təbliğ edilməsinə qarşı da çıxıb:
“Yaxşı olar ki, Leninin əsərlərini evində oturub oxusun. Deyəsən, bu şəxs ictimai statusunu düzgün anlamır. Onun bu təbliğatı özbaşınalıqdır və qanun çərçivəsində onunla bağlı ölçü götürülməlidir”.
Qeyd edək ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov “qırmızı pioner qalstuklu” şagirdlərinin şəkillərini paylaşaraq, bunun gözəl nümunə olmasını bildirib. Həmçinin o, sosial media hesabındakı paylaşımlarında da kommunist ideologiyasına sevgisini ifadə edir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar