Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Korona təhlükəsi: Orucu kimlər tuta bilər? – Hacı Surxay

Baxılıb: 732     Tarix: 28-03-2020 15:51   

Bəzən namaz qılan, ibadət edən şəxslər deyir ki, tibbi spirtlərdən istifadə edə bilməz. Bu yanlışlıq, cahillikdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri İçərişəhər Cümə Məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, dövlətin qərarı birmənalıdır və bunu din təsdiq edir:
“Tibbi spirtlərdən istifadənin namaza, ibadətə, dini ayinlərə heç bir təsiri yoxdur. Şəxsən mən özüm tibbi qaydalara əməl edərək, gündəlik olaraq maşında, evdə, bir sözlə, olduğum hər yerdə tibbi spirtdən istifadə edirəm. Həmçinin ailəmə də tövsiyəmdir. Bu, bizim ümumi xilasolma yolumuzdur”.
Axund hazırkı epidemiya şəraiti davam edərsə, qarşıdan gələn Ramazan ayında orucun necə tutulması ilə bağlı suallara da aydınlıq gətirib:
“Ramazana sayılı günlər qalıb. Ümid edirəm, həmin vaxta kimi bu proses yekunlaşar. Bir neçə gün sonra QMİ-nin fitvası olacaq. Ancaq hazırkı vəziyyətdə immun sistemimiz güclü olmalıdır və buna uyğun olaraq da fizioloji baxımdan özünü güclü hiss etməyənlər orucu yeyəcək. Şəriət buna icazə verir. Ancaq günə gün oruc tutmaq şərti ilə”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar