Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İxtisara salmayın, əksinə, onlara maaş verin - Deputat

Baxılıb: 795     Tarix: 30-03-2020 11:43   

Mən üzümü böyük şirkətlərə tuturam. Prezident dedi ki, indi milli həmrəylik günüdür. Böyük şirkətlərdən xahiş edirəm ki, işçiləri, əməkdaşlarını ixtisara salmasınlar. Əksinə, onların əmək haqlarını verin.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O, əlavə edib ki, kiçik və orta sahibkarlığı anlayırıq: “Cənab prezident bir milyard manat ayırdı: “Sözsüz ki, müəyyən mexanizmlər hazırlanacaq. Amma böyük şirkətlər bu məsələdə məsuliyyəti dövlət üzərinə qoymadan öz üzərinə götürməlidir.
Bu ölkədə kasıb ailələrlə yanaşı, imkanlı ailələr də var. Mən imkanlı ailələri bu gündə kasıb ailələrə köməklik etməyə çağırıram. Hər biri 2-3 kasıb ailəyə dəstək ola bilər. Hesab edirəm ki, belə addım atdıqda heç nə itirməzlər, amma insanlıq adına çox şey qazanarlar”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar