Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İTV-nin ikinci şəxsi istefa verdi: yerinə namizəd var

Baxılıb: 661     Tarix: 05-06-2018 16:51   
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.
 
Qanunvehedef.az bakupost-a istinadən xəbər verir ki, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.
 
Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub. 
 
TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, TV-nin işçisi, yeni rəhbərliyin "Carçı" xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov, hələ ki, bu posta yeganə namizəddir.
 
Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.
 
Ümumiyyətlə isə, İTV-nin baş direktorluğu vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Balakişi Qasımov Murad Hüseynova yüksək etimad göstərib. O, Yayım Şurasının seçimləri rəsmi elan etdiyi günə qədər özündən sonra ən yüksək səlahiyyətləri məhz M. Hüseynova verib. TV-də edilən islahatlardan tutmuş kadr dəyişikliklərinə kimi bütün işlərə adıçəkilən şəxs nəzarət edir.
 
Görünür, B. Qasımov rəsmən baş direktor elan edildikdən sonra isə onu öz müavini kimi görmək istəyib və namizədliyini irəli sürüb.
шаблоны для dle 11.2