Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qarabağda günün 3-cü istefası: daha bir general getdi

Baxılıb: 685     Tarix: 06-06-2018 15:15   

Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə informasiyanı separatçıların əldəqayırma “nazirlər kabineti” yayıb. Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da açıqlayacaq.
Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.
***
Qarabağ separatçılarının “polis rəisi”, “general” Kamo Ağacanyan da istefaya gedib.
Ağacanyan istefasına səbəb kimi Qarabağda daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib. O, artıq istefa ərizəsini separatçıların lideri Saakyana verdiyini bildirib.
***
Qarabağ separatçılarının “milli təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qaramyan da istefaya gedib.
Bu barədə informasiyanı Sputnik agentliyi yayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar