Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ünvanlı yardım ödənildi

Baxılıb: 886     Tarix: 28-04-2020 15:43   

Karantin rejimi bitdikdən sonra insanlarda bəzi psixoloji pozuntular qeydə alınacaq.
Bu sözləri Qanunvehedef.az Axar.az-a istinadən verir psixoloq Gülnar Orucova karantin rejiminin insan psixologiyasına mənfi və müsbət təsirləri ilə bağlı danışarkən deyib. O bildirib ki, bəzi şəxslərdə virus bitdikdən sonra obsessiv kompulsiv pozuntu, yəni təkrarlanan davranış və düşüncə müşahidə ediləcək:
“İnsanlar epidemiya ilə əlaqədar bir neçə ay ərzində daim əllərini yuyur və dezinfeksiyaedici vasitələrdən istifadə edirlər. Bu da uzun müddət davam etdiyi üçün artıq insanlarda vərdiş halını alır. Bu, vərdişə çevrildiyi üçün epidemiya bitsə belə, insanlar bunları tez-tez etməyə davam edəcəklər. Belə hallar bəzilərində obsessiv kompulsiv pozuntunun yaranmasına, yəni təkrarlanan davranışlara, düşüncülərə səbəb olacaq. Bununla yanaşı bir sıra nevroz, şübhə və ehtiyat etmə halları insanlarda uzun müddət özünü göstərəcək. İnsanların psixoloqa daha çox ehtiyacı olacaq. Çünki bəziləri karantin müddəti bitdikdən uzun müddət sonra da koronavirusa yoluxma qorxusu ilə panikada qalacaq. Bundan başqa, uzun müddət evdə qalan insanlarda, xüsusən də sosial aktiv şəxslərdə daxili aqressiya formalaşıb. Bu aqressiya ətrafa da yayılacaq”.
Psixoloq onu da qeyd edib ki, karantinin mənfi tərəfləri ilə yanaşı müsbət tərəfləri də var:
“İşdən bezən, məzuniyyət götürə bilməyən şəxslər üçün karantində verilən məcburi istirahət çox faydalı oldu. Bundan başqa insanlar işin, azadlığın və real ünsiyyətin önəmli olduğunu dərk etdilər. Virus insanlarda ölüm qorxusu yaratdı. Davamlı olaraq gələcək üçün çalışdıqları və gələcəyi düşündükləri üçün bugünlərinə hansısa qadağalar qoyan insanların gözünün qarşısına ölüm gəldikdə, onlar həyatı daha gözəl yaşamağa və özlərinə azadlıq verməyə başlayacaqlar”.шаблоны для dle 11.2