Xəbər lenti
03/10/2025 [12:34]
Sabah hava neccə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

158 nömrəli məktəbin 0c sinfində ilk zəng sevinci

Baxılıb: 782     Tarix: 03-10-2025 13:44   
 

 Yeni dərs ilinin başlanması ilə ölkəmizin bütün məktəblərində olduğu kimi, paytaxtın Yasamal rayonunun 158 nömrəli tam orta məktəbi də şagirdlərin şən səsi, müəllimlərin mehriban baxışları ilə canlandı. Xüsusilə də bu təhsil ocağında 0c sinfi üçün ilk zəng əsl bayram ab-havasında yadda qaldı.
Sinfin müəlliməsi Rüxsarə Nəsirova balaca fidanları məktəb həyatına addım atdıqları bu gün mehribanlıqla qarşıladı. Onun təbəssümü və qayğıkeş münasibəti həm uşaqlara, həm də valideynlərə güvən verdi. Məktəbə ilk dəfə qədəm qoyan körpələrin üzündə həyəcanla yanaşı böyük sevinc də duyulurdu. Balaca şagirdlər parta arxasına keçərək müəllimlərinin dediklərini diqqətlə dinləyir, yeni həyat mərhələsinə qədəm qoymağın fərqində olduqlarını göstərirdilər. Çanta, dəftər-qələm, yeni formalar – hər şey bu günü daha da xüsusi edirdi. Uşaqların gözlərindəki işıq, valideynlərin qürur dolu baxışları sinif otağında isti bir atmosfer yaratmışdı.
Rüxsarə müəllim illərin pedaqoji təcrübəsini uşaqlara sevgi və qayğı ilə ötürür. O, hər bir şagirdinə fərdi yanaşaraq onların məktəb həyatına uyğunlaşmasını asanlaşdırır. İlk gündən şagirdləri ilə mehriban dialoq qurması sinifdə səmimi bir mühit yaratdı. Valideynlər isə övladlarını belə bir müəlliməyə etibar etməkdən məmnun olduqlarını bildirirlər. Onların sözlərinə görə, müəllimənin uşaq psixologiyasını yaxşı bilməsi, qayğıkeş münasibəti övladlarının məktəbə sevə-sevə gəlməsinə zəmin yaradır.
Sinif otağında Azərbaycanın müqəddəs üçrəngli bayrağı ilə yanaşı, qəhrəman şəhidimiz gizir İslamov Elvinin (1995–2020) şəkilləri də asılıb. Bu, təkcə sinif otağının bəzəyi deyil, həm də şagirdlər üçün bir tərbiyə dərsidir. Uşaqlar məktəb həyatına ilk addımlarını şəhidlərin ruhuna ehtiramla başlayır. Bu isə gələcəkdə onların vətənə sadiq, qəhrəmanların yolunu davam etdirən gənclər kimi yetişəcəyinə işarədir.
Valideynlər üçün övladlarının məktəbə başlaması böyük hadisədir. Onlar övladlarını müəllimələrinə etibar etməklə həm qürur, həm də rahatlıq hissi yaşayırlar. 0c sinfinin ilk günündə valideynlərin gözlərində həm sevinc, həm də kövrəklik hiss olunurdu. Onlar yaxşı bilirlər ki, məktəb həyatına bu addım övladlarının gələcəyinə açılan qapıdır. Hər bir ata-ana üçün övladının savadlı, intizamlı, vətənpərvər böyüməsi ən böyük arzu və məqsəddir.
0c sinfi ilk gündən çiçəklərlə bəzədilmişdi. Uşaqların müəllimələrinə təqdim etdikləri güllər sinif otağını əsl bahar bağçasına çevirmişdi. Bu çiçəklər təkcə zövq deyil, həm də minnətdarlığın, hörmətin rəmzi idi. Parta arxasında əyləşən balacaların gülüşü, müəllimənin qayğı dolu baxışı, valideynlərin sevinci sinifdə xüsusi bir ab-hava yaratdı. Hər şey göstərirdi ki, burada elm, dostluq və vətənpərvərlik yolu ilə gələcəyin vətəndaşları yetişəcək.
158 nömrəli məktəbin 0c sinfi bir daha sübut etdi ki, məktəb təkcə bilik məkanı deyil, həm də sevgi, qayğı və milli dəyərlərin qorunduğu müqəddəs ocaqdır. Rüxsarə Nəsirova kimi müəllimlərin əməyi ilə bu balaca fidanlar böyüyərək savadlı, vətənpərvər, xalqına faydalı övladlara çevriləcək. İlk zəngin həyəcanı isə onların yaddaşında həyat boyu unudulmaz bir xatirə kimi qalacaq.

Orxan Rzazadə
  

 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar