Xəbər lenti
10/11/2025 [11:15]
Ağdaşda zəlzələ oldu
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Beyləqan rayonunda şagirdlər arasında neqativ halların qarşısının alınması və nizam-intizamın gücləndirilməsinə dair tədbir keçirilib.

Baxılıb: 2 182     Tarix: 03-10-2025 13:21   
  


Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Beyləqan rayon ümumtəhsil müəssisələrində neqativ halların qarşısının alınması və şagirdlər arasında nizam-intizamın möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı tədbir təşkil olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Elşad Əzimov, Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər və psixoloqlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov məktəblərdə təhlükəsizliyin təmin olunması, qanun pozuntularının qarşısının alınması və şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışıb. O, ümumtəhsil müəssisələri ilə polis əməkdaşları arasında sıx əməkdaşlığın, həmçinin şagirdlər üçün sağlam və təhlükəsiz sosial mühitin yaradılmasının zəruriliyini vurğulayıb və qarşıda duran əsas vəzifələrə toxunub.
Rayon prokuroru Elşad Əzimov çıxışında qanunvericilik normalarına riayət etməyin vacibliyini, məktəblərdə intizam pozuntularının hüquqi nəticələrini və valideynlərin məsuliyyətini qeyd edərək maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib. O, şagirdlərin hüquqi savadlılığının artırılması və hüquq-mühafizə orqanları ilə məktəblərin birgə fəaliyyətinin gücləndirilməsinin mühüm olduğunu diqqətə çatdırıb.
Tədbirin yekununda çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müəllimlər və məktəb rəhbərlərinə şagirdlərin düzgün tərbiyəsi, psixoloji dəstəyin təşkili, intizamın qorunması və təlim-tərbiyə işlərinin səmərəli təşkili ilə bağlı öz tövsiyələrini verib. Rayon rəhbəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğını xatırladaraq, məktəb ictimaiyyəti, müəllimlər və valideynlərin birgə əməkdaşlığının şagirdlərin məsuliyyətli və hüquqi cəhətdən savadlı təhsil mühitində böyüməsi baxımından mühüm rol oynadığını vurğulayıb.
Tədbir şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi, məktəblərdə təhlükəsiz və məsuliyyətli təhsil mühitinin təmin olunması baxımından maarifləndirici əhəmiyyət kəsb edib.

Qəni Hüseynov
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar