Xəbər lenti
10/11/2025 [11:15]
Ağdaşda zəlzələ oldu
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilər? - Video

Baxılıb: 919     Tarix: 03-10-2025 12:09   

Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmin tələb edir. Borcalan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir.
Qanunvehedef.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, kredit müqavilələrinə zamin duran şəxslərin də borcalan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib.
Bəs kredit müqaviləsinə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov deyib ki, həm borcalan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borcalan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər.
Ekspert bildirib ki, yalnız üzrsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzrlü səbəb sayılır.
Qeyd edək ki, kredit müqavilələrində zaminlə borcalanın öhdəlikləri eynidir.
Daha ətraflı videomaterialda:



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar