Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Tanınmış "fenomen" də 190 manat aldı - Nazirlikdən cavab

Baxılıb: 716     Tarix: 09-05-2020 10:14   

Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.
Qanunvehedef.az xəbər verir ki, bunu İnstaqram "fenomeni" S.Kətanovanın maddi imkanı ola-ola birdəfəlik ödəmədən yararlanmasına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib.
O bildirib ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib:
“Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb. S.Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkan da e-bazalarda onun adında heç bir əmlak, avtomovil və s. olduğu müəyyən edilməyib. Ödəmə alanların siyahısının nazirlik tərəfindən açıqlanması da elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onların ictimai qınağa çəkilməsidir. S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq”.



{sape_links}{sape_article}