Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb”

Baxılıb: 932     Tarix: 27-10-2026 12:58   

“Prezident İlham Əliyevin “Bakı Prosesi”nə davamlı dəstəyi mədəniyyətlərarası dialoq üçün beynəlxalq miqyasda uzunömürlü bir platforma yaradıb. Bu Forum qarşımızda duran öhdəliyi konkret qərarlara çevirməyə, insan ləyaqətinin qorunmasını təmin edən addımlar atmağa çağırır. Vəziyyətin nə qədər təcili olduğu tam aydındır”.

Qanunvehedef.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.

O bildirib ki, bu Forumun uzunmüddətli nailiyyəti onun çərçivəsində qəbul edilən qərarların insanların həyatına gətirdiyi müsbət dəyişikliklərlə ölçüləcək. “Bərpa edilən hər bir məktəb sülhün təməlini daha da möhkəmləndirir, məsuliyyət həvalə edilən hər bir gənc isə dialoqun gələcəyini təmin edir. Sülh milli investisiyaların əsas prioritetlərindən biri olmağa layiqdir”, - deyə Baş direktor vurğulayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar