Bakıdan göndərilən 1,5 milyonluq avadanlıq Ukraynaya çatdı
Baxılıb: 983 Tarix: 29-10-2026 15:26

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.
Bildirilib ki, avadanlıqlar Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq humanitar yardım çərçivəsində göndərilib.
Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular təqdim olunub.
Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















