Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gəncə sakini narkotiklə tutuldu

Baxılıb: 884     Tarix: 14-05-2020 11:18   
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazrliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar