Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Öldüyü iddia edilən Zeynəb Xanlarovanın qardaşı qızı: "Şərəfsizlikdir"

Baxılıb: 629     Tarix: 19-05-2020 10:41   

Sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Onun xəstəlikdən dünyasını dəyişdiyi iddia olunub.
Yayılan təzadlı məlumatla bağlı Oxu.Az-ın əməkdaşı Z.Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.
O, Xalq artistinin dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatların dezinformasiya olduğunu bildirib:
"Zeynəb Xanlarova sağdır, salamatdır. Hazırda Bakıdadır. Özünü də əla hiss edir. Belə yalan məlumatı yayanın Allah cəzasını verəcək. Bunu yayanlar Xanlarova nəslini və soyadını "həzm edə" bilmirlər. Kiminsə ölüm xəbərini yaymaqla nə qazanırlar? Yoxsa boynundan medal asırlar? Şərəfsizliyin son damlasıdır! Ayıb olsun!
İnanın, səhərə kimi gözümə yuxu getməyib. İnsanlara da redaksiyanız vasitəsilə bildirirəm ki, hər yayılan xəbərlərə inanmasınlar".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar