Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirliyin 3 əsas vəzifəsi... – Yeni nazir

Baxılıb: 660     Tarix: 08-06-2018 12:45   
Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib.
Report xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır:
"Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması məsələsi qarşıda duran əsas vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub ki, bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir".
Nazir əlavə edib ki, hazırda nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir: "Azərbaycan Dövlət Aqrar Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar