Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fatimə, ad günün mübarək!

Baxılıb: 1 067     Tarix: 06-06-2020 00:31   
 
Bu gün Fatimənin doğum günüdür. Tam 8 il bundan öncə o dünyaya göz açdı.Fatimənin dünyaya gəlişi Tanrının Cəfərzadələr ailəsinə ən böyük hədiyyəsi oldu.
Əzizimiz və sevimlimiz Fatiməni Ad günü münasibətilə atası Gündüz Cəfərov, anası Elza xanım, babası Sabir müəllim nənəsi Nəzakət xanım ürəkdən təbrik edir, ona cansağlığı, mənalı və xoşbəxt həyat, dərslərində uğurlar arzulayırlar. Bu təbrikə bacısı Nuray xüsusi qoşularaq Fatiməmizə ən xoş, ən səmimi arzularını bildirir, ona həyatda və təhsildə müvəffəqiyyətlər arzulayır.
Ziyalı baba Sabir muəllim nəvəsi Fatiməni çox sevərək, onun həyatda yuksək mənəviyyatlı zəngin elmli və əsil insan kimi formalaşmasını arzu edir. Bu gozəl arzular ziyalı xanım, Fatimənin anası Elza xanımın da həyatda ən umdə arzularıdır.



Bu gün onu canından artıq sevən babası Sabir müəllimin təklifi ilə Fatimə balamıza şeir ərməğan edirik.

Deyirəm baba olmaq
Nə gözəl arzu imiş,
Sən demə qız nəvəsi
İnsanın canı imiş.

Fatimə qədəm qoyub
- Gəlib ailəmizə,
Gülüş, xoş müjdə,
Ruzi,fərəh gətirib bizə.

Hər baxışı bir nağıl,
Təbəssümü günəşdir
İstidə sərin bir meh,
Qışda isti atəşdir.

Hər birimiz min arzu
Min diləklə baxırıq,
Bircə gün görməyəndə
Sıxılır darıxırıq.

Kamallı və ədəbli
Gözəl bir xanım olsun
Oxuyub, təhsil alıb
Ziyalı bir gənc olsun

Biz də baxıb, qürurla
-Qızım, Əhsən! söyləyək,
Fədakarlıq dağının
Zirvəsində biz görək

Qədirbilən, xeyirxah
Ləyaqətli qız ol sən
Adınla fəxr eləsin
El-oba, Ana Vətən!

Mən də bir baba kimi
Xeyir-bəhrəni görüm
Ömrüm boyu:-İlahi Sənə
Şükürlər olsun deyim.


Biz də redaksiya heyətimiz adından Fatiməyə saglam və gumrah boyuməyi, bir gun məktəbin əlaçı məzunu olaraq, anasının arzuladıgı kimi ag xalatlı həkim kimi vətənə xidmət etməyi arzulayırıq.

шаблоны для dle 11.2