Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azyaşlının zorlandığı iddia edilən məktəbin direktorundan AÇIQLAMA

Baxılıb: 742     Tarix: 25-04-2018 16:40   
 Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinifində oxuyan oğlan şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.
,BiG.AZ-a açıqlama verən 263 nömrəli orta məktəbin direktoru Nürqələm
Bayramova zorlama xəbərinin yalan olduğunu söyləyib. "Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb".
Qeyd edək ki, məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar.
Məsələ diqqətimizdədir, daha ətraflı məlumat veriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar