Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı - YENİLƏNİB

Baxılıb: 675     Tarix: 11-06-2018 18:59   
İyunun 10-da keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
 
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Qanunvehedef.az-a verilən xəbərə görə, sınaq imtahanının nəticələrini saat 15:55-dən etibarən elan edilib.
 
 
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

 

***

 

14:11

 

İyunun 10-da keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. DövləT İmtahan Mərkəzindən Qanunvehedef.az-a verilən xəbərə görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur.

 

İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

 

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar