Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda 1-ci sinif şagirdini zorlayanlardan biri imkanlı şəxsin oğludur - VIDEO

Baxılıb: 669     Tarix: 25-04-2018 19:04   
 Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagird) tərəfindən zorlanması iddiaları təsdiqini tapır. Virtualaz.org həmin məktəbin işçilərindən birindən anonimlik şərti ilə dəqiqləşdirib ki, azyaşlının seksual zorakılığa məruz qalması hadisəsini əvvəlcə ört-basdır etmək istəyiblər. Lakin valideyinlər bundan xəbər tutub və hadisə mətbuata sızıb.
Mənbəmizin bildirdiyinə görə hazırda məktəbdə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları araşdırma aparır. Məktəbin həyətinə giriş bağlanıb. "Hadisənin olması dəqiqdir. Təcavüzə məruz qalan 1-ci sinif şagirdi danışdırılıb, o başına gələnləri danışıb. Deyir onu zorlayan 10-cu sinif şagirdinin adını bilmir, amma görsə tanıyacaq. Bu səbəbdən sabah məktəbdə üzləşdirmə olacaq. Polis məktəbin bütün 10-cu sinif şagirdlərinin məktəbdə olmasını tapşırıb, kim gəlməsə deməli hadisəni törədən odur"-məktəbdəki mənbəmiz deyib.
Qeyd edək ki, bu dəhşətli cinayət əməlini bilib gizlətməyə görə uşağın himayəçisi qismində çıxış edən xalası, məktəbin direktoru və sinif müəllimi, digərləri də cinayət məsuliyyəti daşıyır. Çünki onlar hadisəni bildikləri halda hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Cinayətdən ancaq valideyinlərin mətbuata müraciətindən sonra hüquq-mühafizə orqanları xəbər tutub.
Təhsil çevrələrindəki mənbələrimiz deyirlər ki, Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir. Onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum deyil.
Əməkdaşımız isə məktəbdən xəbər verir ki, məktəbin giriş qapısı bağlanılıb, içəri yalnız şagirdlər buraxılır. Hazırda 10-a yaxın polis əməkdaşı məktəbdədir, onlar zorlandığı deyilən uşaqdan, onun valideynindən və sinif müəllimindən izahat alırlar.
Aksiyada iştirak edən valideynlərdən biri deyir ki, oğlu həmin məktəbdə 2-ci sinifdə oxuyur. Hadisədən sonra məktəbə müşahidə kameralarının quraşdırılmasını, həmçinin ayaqyoluna nəzarətçi qoyulmasını tələb edirlər: "Hadisə 1 həftə əvvəl baş verib, amma valideynlərin çoxu bu gün xəbər tutublar. Saat 11-dən məktəbin qarşısına toplanmışıq. Direktor isə deyir ki, bu məlumat yalandır. Amma biz bilirik ki, uşağın valideyni ilə dil tapıblar".
Valideynlər iddia edirlər ki, hadisəni torədən uşaq gizlədilir, əvəzinə aşağı sinif şagirdini günahlandırırlar: "Uşaq əvvəl yuxarı sinifdə oxuyan uşaqlardan ikisini göstərib. Həmin uşaqlardan birinin valideynləri imkanlıdır. Biz yenə toplanaraq araşdırmanın nəticələri ilə bağlı açıqlama verilməsini tələb edəcəyik"
Adını açıqlamasını istəməyən ibtidai sinif müəllimələrindən biri isə deyib ki, zorlama olmayıb, 6-cı sinif şagidrlərindən biri birinci sinif uşağının üstünə qışdırıb. "Zorlama xəbərlərinin kimin tərəfindən yaydığını bilmirik. Yəqin ki, məktəbə qarşı təxribat edirlər".
Polis əməkdaşlarından biri müəllimənin açıqlama verməsinə və şəkil çəkilməsinə imkan verməyib. Məktəbdən çıxan şagrdlərdən biri isə deyib ki, direktor bütün siniflərə tanımadıqları şəxslərlə danışmağı qadağan edib.
263 saylı orta məktəbdə 1-ci sinif şagirdi olan oğlan uşağının 10-cu sinifdə oxuyan iki oğlan tərəfindən zorlanması barədə iddialar Bakı şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır.
Bu barədə virtualaz.org-a məlum olub. Habelə Xətai rayon hüquq-mühafizə orqanlarının da bu iddia barədə araşdırma aparır. Bu arada məktəbin direktoru, seksual zorakılığa məruz qaldığı deyilən şagirdin xalasına 2 min manat verib cinayəti ört-basdır etdiyi deyilən Nürqələm Bayramova BiG.az-a zorlama xəbərinin yalan olduğunu söyləyib. "Zorlama olmayıb. Sadəcə 10-cu sinif uşağı azyaşlını döyüb. Uşaq da bundan qorxuya düşüb. Azyaşlını döyən uşaqda məktəbdən uzaqlaşdırılıb".
Hazırda məktəbin qarşısında valideynlər aksiyanı davam etdirir. Valideynlərin verdiyi məlumata görə 35 nömrəli polis bölməsinə direktor və həmin şagird barədə şikayət ərizəsi yazıblar. Əməkdaşlarımız baş verənləri araşdırmaq üçün məktəbə yollanıb.//sonxeberшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar