Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müdafiə Nazirliyi tərxis olunan şəxslərə müraciət etdi

Baxılıb: 641     Tarix: 11-01-2021 12:46   

Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
"Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.
Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.
Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar", - məlumatda qeyd olunub.шаблоны для dle 11.2