Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir?

Baxılıb: 689     Tarix: 14-01-2021 10:58   

Azərbaycanda koronavirus testi verən insanlar arasında yoluxma faizi xeyli azalıb.
Qanunvehedef.az Trend-ə istinadə xəbər verir ki, dekabrın 14-dən Azərbaycanda sərt karantin rejimi tətbiq edildikdən sonra koronavirusa yoluxmanın faizində azalma müşahidə olunmağa başladı.
Koronavirusun ən pik yayıldığı ötən ilin dekabr ayında yoluxma 20 faizdən artıq olurdu. Misal üçün dekabrın 5-də koronavirus testi verən 20778 nəfərin 4323 nəfərində testin cavabı pozitiv çıxmışdı ki, bu da test verənlərin təqribən 20.8 faizini təşkil edirdi.
2021-ci il yanvarın 13-nə olan məlumatda isə koronavirusa yoluxmanın 6 faizə qədər endiyini görmək mümkündür. Bu tarixdə 8052 test verən insanın 474 nəfərində virus aşkar edilib ki, bu da təqribən ümumi test verənlərin 5.9 faizini təşkil edir. Rəqəmlərdən görünür ki, koronavirusa yoluxma 15 faizə qədər azalıb.шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking