Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Deputat şəhid atası ilə görüşdü

Baxılıb: 616     Tarix: 15-01-2021 11:20   
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Qovlar şəhər sakini, Vətən müharibəsi şəhidi Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili şəhid atasını tarixi zəfər münasibətilə təbrik edib.
O, Zülfüqar kimi oğulların fədakarlığı sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildirib:
“Oğlunuz Zülfüqar Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!”
Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar