Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vaksinasiyanın monitorinqi sistemi yaradılacaq

Baxılıb: 629     Tarix: 18-01-2021 10:41   
Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq.
Qanunvehedef.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda öz əksini tapıb.
Qeyd olunub ki, strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir.
Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.
Proses və nəticə indikatorlarının müəyyən edilməsi tibbi göstəricilər, epidemioloji vəziyyət və iqtisadi göstəricilər üzrə aparılmalıdır.
Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları isə aşağıdakı kimidir:
- vətəndaşlar üzrə;
- məntəqə və bölgələr üzrə;
- xidmət keyfiyyəti üzrə.
İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:
1. tibbi heyət üzrə;
2. vaksinlər üzrə;
3. məsul qurumlar üzrə.
Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:
- “Soyuq zəncir” üzrə;
- məlumat bazası və təhlil üzrə;
- maarifləndirmə üzrə.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar