Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Baxılıb: 543     Tarix: 29-01-2021 11:18   
Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur.
Qanunvehedef.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.
DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək:
“May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar