Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Meşə ağaclarını kəsən 3 nəfər saxlanıldı

Baxılıb: 509     Tarix: 02-02-2021 11:50   
Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyev saxlanılıblar.
Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıtıq ağaclarını kəsərək, R.Əmrullayev məxsuz “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar