Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu şəxslər evdə vaksinasiya olunacaq

Baxılıb: 677     Tarix: 03-02-2021 12:35   
Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.
Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:
"Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Onu qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna soyuq zəncir deyilir və bu zəncir qırılmamalıdır".
Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb.
Xatırladaq ki, fevral ayının 1-dən etibarən ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar