Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Millət vəkili şəhid tankçının atası ilə görüşdü

Baxılıb: 584     Tarix: 11-02-2021 11:42   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəlal Ağayevin atası Ağaverdi Xanverdi oğlu Ağayevlə Mədəniyyət Komitəsində görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə igid hərbçinin həyat və döyüş yolundan bəhs edilib, atası oğlu ilə bağlı xatirələrini bölüşüb.
Millət vəkili şəhid atasının qayğıları ilə maraqlanıb və hər zaman bu ailənin yanında olacağını bildirib.
Qeyd olunub ki, Cəlal Ağayev 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
“Tankçı oğlunuz “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib. Cəlal Ağayev kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.
Şəhid tankçının atasına Komitə adından məktub təqdim edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar