Gəncədə qumbara aşkarlandı
 Baxılıb: 539     Tarix: 17-02-2021 10:47    
    
Gəncə şəhərində silah-sursat tapılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.
Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan F-1, 1 ədəd RQD-5 əl qumbaraları, 2 ədəd UZQRM qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 Ən çox oxunanlar
 Son xəbərlər





















