Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SUMQAYIT ŞƏHƏR RƏHBƏRLİYİ ŞƏHİD ANASINI 27 İLDİR EV NÖVBƏSİNƏ NİYƏ GÖTÜRMÜR?

Baxılıb: 672     Tarix: 22-02-2021 14:45   
 
 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev - 31, mənzil - 1 ünvanda yaşayan şəhid anası Orucova Sahibə İbrahim qızı Prezidentə, vitse-Prezidentə ünvanladığı ərizənin bir surətini də redaksiyamıza göndərmişdir. Bildirir ki, oğlu Orucov Rafiq Məcid oğlu 1993-cü ildə Birinci Qarabağ müharibəsində düşmənlə döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. Onun meyiti döyüş meydanında qalmış, oradan kimsə tərəfindən çıxarılmamışdır. Bu günə qədər də heç bir əsər-əlamət yoxdur. Oğul atası Məcid Orucov bu xəbəri eşidən zaman elə yerindəcə keçinmiş, o da bir növ oğlu kimi şəhid olmuşdur.Şəhid anası qeyd edir ki, şəhid pensiyası istisna olmaqla, dövlətin, Prezidentin ona şamil etdiyi digər imtiyazların heç biri ilə təmin olunmayıb: “Ən ümdə məsələmiz – mənzillə təmin olunmaq xahişimiz də dəfələrlə müraciət etdiyim aidiyyəti qurumlar tərəfindən nəzərə alınmayıb: “Mənə deyirlər ki, sizin yaşadığınız mənzil ailəbaşına kifayət edir. 11-ci mkr., ev 8, mən. – 25 ünvandakı həmin mənzil isə həyat yoldaşıma işlədiyi zavoddan verilib. Hal-hazırda burada digər oğlum, gəlinim, nəvələrim yaşayır. Gəlin mənimlə yola getmədiyindən, mən məcburiyyət qarşısında qızım Təranənin evində qalıram...”
Sahibə xanım 1993-cü ildən bəri müraciət etdiyi vəzifəli şəxslərin adlarını sadalayır: “Bu günə qədər şəhid anası olmağım müqabilində mənzillə təmin olunmağıma dair yerli Sumnqayıt Şəhər İcra Hakimiyyətinin Ev Təsərrüfatı İdarəsinin sözçüsü Sədaqət Əsədovaya və ondan əvvəl həmin vəzifəni daşımış. Gülsarə və qeyrilərinə etdiyim müraciətlərə baxılmayaraq, hansısa bir müəmmalı neqativ səbəbdəndirsə, məqsədli şəkildə (təmənnalı olduqlarından) məni ev növbəsinə uçota almamışlar. Müraciət etdiyim digər aidiyyati dövlət orqanları isə məhz İcra Hakimiyyətində ev növbəsində uçota alıbnmağımın vacibliyini bildirirlər. Qeyd etdiyim müəmmalara görə, indiyə qədər uçota alınmadığım ki, görünür bundan sonra da alınmayacağam. Sədaqət Əsədova və başqaları öz məkrli niyyətlərinə nail ola bilmədiklərindən, yuxarı orqanlara verdikləri cavab da riyakarlıqdan başqa bir şey deyildir...”
Dövlət başçısına üz tutan şəhid anası şəhidlərin ruhuna and verərək xahiş edir ki, ərizəsi baxılmaq üçün daha Sumqayıt İcra Hakimiyyəti başçısının aparatına göndərilməsin. Ahıl yaşlı şəhid anası həmçinin arzusunu ifadə edir ki, zö cənazəsinin qızının evindən çıxarılmasını qeyri-məqbul sayır, şəhid oğlu Rəşidə veriləcəyinə ümid etdiyi evdən götürülməsinin nəzərə alınmasını istəyir.
Müraciətinin sonunda Sahibə xanım əsl şəhid anasına xaüs tərzdə Müzəffər Ali Baş Komandanı və rəşadətli Azərbaycan Ordusunu alqışlayır: “Sizin rəhbıərliyinizə və rəşadətli Ordumuzun, qürurlu Xalqımızın düşmən üzərində möhtəşəm Qələbəsinə eşq olsun! Qarabağ Azərbaycandır!”  

ƏLİ PAŞAYEV
шаблоны для dle 11.2