Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azad edilmiş ərazilərə getmək istəyənlər saxlanıldı

Baxılıb: 592     Tarix: 25-02-2021 12:25   

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevral 23-də axşam saat 11 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.
Araşdırmalarla onların Kəlbəcər rayon sakini Turan Həsənli, Bərdə rayon sakini İxtiyar Musayev və Gəncə şəhər sakini Arzu Musayev olmaları müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar