Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Daha 26 uşağa generalımızın adı verildi

Baxılıb: 587     Tarix: 01-03-2021 11:37   
 
Bu ilin fevral ayında doğumu qeydə alınmış 26 uşağa Polad adı verilib.
Kult.az Report-a istinadən xəbər verir ki, bununla da bu ilin yanvar-fevral aylarında ölkəmizdə Polad adı daşıyan yenidoğulanların sayı 38-ə çatıb.
Məlumat üçün bildirək ki, uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin iki ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Beləliklə, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.
2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər