Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Baxılıb: 567     Tarix: 01-03-2021 11:46   

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tank əleyhinə idarə olunan raket, 6 ədəd müxtəlif markalı əl qumbaraları, 2 ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar