Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Minaya düşən idarə rəisinin son durumu

Baxılıb: 509     Tarix: 04-03-2021 10:12   

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.
O qeyd edib ki, yaralı əməliyyat olunub:
"Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti mütəmadi nəzarətdə saxlanılır".
Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdam Prokurorluğu tərəfindən araşdırma aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar