6 orden-medalla təltif edilən xüsusi təyinatlı…
Baxılıb: 636 Tarix: 11-03-2021 12:01
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, “Qarabağ” ordenli gizir Zaur Ələsgərlinin atası Mübariz Ələsgərli və qəhrəman şəhidimizin qardaşı ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili qələbə münasibəti ilə şəhid atasını təbrik edib, qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əydiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun Sualtı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli (05.03.1995, Sumqayıt - 31.10.2020; Xocavənd) Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla savaşıb.
Zaur Xocavənd döyüşləri zamanı şəhid olub; onun qəbri Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında hər gün ziyarət olunur.
“Şəhid oğlunuz döyüşdə igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Qarabağ” yüksək ordeni, habelə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Zaur Ələsgərli kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili vurğulayıb.
Qəhrəman şəhidimizin ailəsinə Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə millət vəkili Ceyhun Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.
Ən çox oxunanlar
Son xəbərlər