Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yeganə övladı şəhid olan ailə millət vəkili ilə… - Foto

Baxılıb: 479     Tarix: 15-03-2021 11:25   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Baş leytenant Həsənağa Abdullazadənin valideynləri Şakir Abdullayev və Səmilə Abdullayeva ilə Milli Məclisdə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili zabitin həyat və döyüş yolu ilə maraqlanıb, ailənin qayğılarını dinləyib, ürək sözlərini bölüşüb.
“Sizin yeganə övladınız məhz hərbçi olmaq yolunu seçərək, vətənə xidmət amalı ilə yaşayıb. O, ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub.
İnanıram ki, şəhid zabitimizin həyatı, döyüş yolu bədii əsərlərə mövzu olacaq və yeniyetmələr, gənclər oğlunuzun döyüş yolunu özləri üçün örnək alacaq”, - millət vəkili deyib.
Şəhidin valideynlərinə Komitə adından məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü il martın 9-da Lənkəranda dğulub. Ailənin tək övladı olan Həsənağa Abdullazadə təhsilini Lənkəranın 9 saylı tam orta məktəbində alıb. 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə oranı yüksək qiymətlərlə başa vuran qəhrəmanımız həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib.
2013-cü ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi”, 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunub.
Vətən Müharibəsində fədakarlıqla iştirak edən zabitimizlə 2020-ci il oktyabrın 1-dən əlaqə itib. 14 yanvar 2021-ci ildə şəhid olduğu müəyyənləşib. Baş leytenant Həsənağa Abdullazadə II Fəxri Xiyabanda dəfn edilib.
Ruhu şad olsun!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar