Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Həbs edilən general Rövşən Əkbərovun qardaşı da hərbçidir - Hasnsı vəzifədədir?

Baxılıb: 615     Tarix: 16-03-2021 10:40   

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun sabiq birlik komandiri, Milli Qəhrəman Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Silahlı Qüvvələrdə general-leytenant ali hərbi rütbəsinə kimi yüksəlmiş R.Əkbərov Azərbaycanın ən tanınmış hərbçilərindən sayılır.
Demokrat.az  bildirir ki, generalın ailə üzvləri də müxtəlif vəzifələrdə təmsil olunurlar. Belə ki, Rövşən Əkbərovun kiçik qardaşı Qulam Əkbərov Azərbaycanın Avstriyadaki səfirliyində hərbi attaşenin müavini vəzifəsini daşıyır. Onun rütbəsi polkovnik-leytenantdır.
Bu cür şəxslər ATƏT yanında da səfirliyin əməkdaşı kimi akkreditədən keçir və bütün məlumatlara çıxışı olur. Adətən beynəlxalq təşkilatın bütün iclaslarının iştirakçısı kimi taleyüklü məlumatlara sahibdirlər. Həmçinin bu təşkilatlarda təhlükəsizlik məsələləri üzrə vacib seqmentlərlə yaxından tanışlıq edirlər.
Q.Əkbərovun tutduğu vəzifədə olan şəxslər diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə dövləti təmsil edir. Həmin sahə ilə bağlı məlumat toplayırlar.

Qanunvehederf.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar