Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İşğaldan azad olunan ərazilərin 100 min hektarı...

Baxılıb: 596     Tarix: 16-03-2021 12:10   

Azərbaycan dövləti 2020-ci ildə COVİD-19-la mübarizəyə və dəstək proqramlarına 2,5 milyard manat ayırıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2020-ci il pandemiyanın fəsadlarına baxmayaraq, bir sıra mühüm hadisələrlə yadda qalıb:
“Altıncı çağırış Milli Məclisə keçirilmiş seçkilər mühüm hadisələrdən biri olub və çoxpartiyalı parlament formalaşıb. Ötən il hökumətlə parlament arasında münasibətlər daha da dərinləşib. Keçən il strateji layihələrin icrası və digər islahatların həyata keçirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilib. TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarılıb. Dünya Bankının müvafiq hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb”.
O bildirib ki, ötən il pandemiya ilə mübarizə məqsədilə davamlı tədbirlər həyata keçirilib:
“Xəstəliklə mübarizə aparılması üçün dövlət başçısının sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə ayrılıb, qısa müddətdə modul tipli xəstəxanalar yaradılıb. İl ərzində xarici ölkələrdən tibbi personal Azərbaycana dəvət edilib. Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub”.
Əli Əsədov deyib ki, 2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial Şanlı Ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib. Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm”.
Baş nazir bildirib ki, pandemiya ilə əlaqədar olaraq dünyada iqtisadi fəallığın azalması, neftin qiymətinin düşməsi qlobal iqtisadi fəallığa təsir edib: “2020-ci il dünya iqtisadiyyatında tənəzzül ili kimi qiymətləndirilib. Bunun Azərbaycana da təsiri olub”.
O qeyd edib ki, azad edilən torpaqlarda 100 min hektarda əkin aparılıb:
“Kənd təsərrüfatı sahəsində suvarma ilə bağlı işlər görülüb. Dövlət başçısının tapşırığı ilə bu barədə komissiya yaradılıb”.
Əli Əsədov deyib ki, işğaldan azad edilən ərazilər bərpa ediləcək:
“Minalardan təmizlənmə indi əhəmiyyət kəsb edir. Müharibə zamanı mənfur düşmən münaqişə ocağından kənarda yerləşən şəhər və kəndlərimizi hədəfə almışdı. Prezidentin tapşırığı ilə mülki əhaliyə, infrastruktura və sahibkarlıq sahəsinə dəyən zərərin aradan qaldırılması üçün tədbirlər görülməkdədir”.
Baş nazir bildirib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq aztəminatlı tələbələrin ödənişlərini həyata keçirmək üçün dövlət büdcəsindən 27 milyon manat ayrılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər