Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Toya gedən 31 nəfər cərimələndi

Baxılıb: 476     Tarix: 29-03-2021 10:04   

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun İbrahimhacılı kəndində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 31 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Davam etdirilən tədbirlərlə rayon ərazisində də karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi aşkar edilib. RPŞ əməkdaşları dərhal həmin yerə gələrək mərasim iştirakçılarının qanunla müəyyən edilmiş qaydada RPŞ-yə gətirib. Rayon Polis şöbəsindhəmin şəxslərə bir daha koronovirus infeksiyası barədə məlumat verilərək bu tip addımlarla həm özlərinin həm digərlərinin həyatlarının təhlükəyə atılması xatırladıb. Bununla bərabər mərasim iştirakçıları barədə inzibati tədbir görülüb.
Daha bir toy mərasimi isə rayonun Qədirli kəndində aşkar edilib. RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, iştirakçılar inzibati məsuliyyətə cəlb edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər