Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Topçu Vüsalın yeni fotosu yayıldı

Baxılıb: 694     Tarix: 30-03-2021 10:55   

Vətən müharibəsi zamanı Topçu Vüsal kimi tanınan əsgər Vüsal İslam oğlu Şahkərimovun yeni fotosu yayılıb.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan fotoda Topçu Vüsal yenə məğrur duruşu ilə diqqət çəkib.
Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

шаблоны для dle 11.2