Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb

Baxılıb: 554     Tarix: 31-03-2021 11:01   

Bu gündən təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, vaksinasiya prosesinin növbəti mərhələsində yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətə peyvəndin ikinci dozasının vurulması nəzərdə tutulur.
Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə bu gündən müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək. Hər mərkəz üzrə gündə (saat 09:00-dan 15:00-dək, hər saatda 20 nəfər olmaqla) təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.
İdarədən bildirilib ki, koronavirus pandemiyası şəraitində sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.
Qeyd edək ki, martın 3-dən paytaxtdakı təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün təşkil olunan vaksinasiya prosesi 10 peyvənd məntəqəsində həyata keçirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər