Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı

Baxılıb: 557     Tarix: 31-03-2021 15:07   

Qərbi Kaspi Universiteti Amerika Management Assosiayasının Avropa fililalı ilə birgə (MCE) əməkdaşlıq çərçivəsində menecerlər üçün sertifikasiya imtahanına hazırlıq proqramı elan edir.
Qanunvehedef.az xəbər verir ki, MCE Avropada, Orta Şərqdə və Afrikada öndə gedən təlim və inkişaf təminatçısıdır. MCE təlim proqramları və xüsusi təlim metodları sayəsində hər il 1000-dən çox təşkilata və 10.000-dən çox menecerə və liderə öz bacarıqlarını inkişaf etdirmək imkanı verir.
Sertifikasiya imtahanına hazırlıq proqramı biliklərinizi və təcrübənizi artıracaq, effektiv və uğurlu menecer olmaq üçün sizi lazımi qabiliyyətlərlə təmin edəcəkdir. İştirakçılar təlim prosesi zamanı AMA CPM ™ imtahanlarına hazırlıq üçün lazımi resursları əldə edəcək və imtahandan keçmək üçün tələb olunan texnikalara yiyələnəcəklər.
Sertifikasiya hazırlıq proqramı liderlik, strateji planlaşdırma, idarəetmə, təqdimat bilikləri, dəyişikliyin idarə edilməsi, layihələrin idarə edilməsi, münaqişələrin idarə edilməsi, kritik düşüncə, verilənlərin idarə olunması və mənimsənilməsi daxil olmaqla bir sıra mövzuları əhatə edəcək.
Təlimlər intensiv şəkildə onlayn formatda keçiriləcəkdir.
Təlimlərdə kimlər iştirak edə bilərlər:
• 5 il iş təcrübəsi olan bakalavr tələbələri, orta məktəb məzunları, abiturientlər.
• 3 il iş təcrübəsi olan subbakalavrlar
• 1 il iş təcrübəsi olan bakalavr pilləsi bitirən şəxslər
Sertifikasiyanın üstünlükləri:
• Menecerlərin bir çox sahələrdə biliklərini hərtərəfli inkişaf etdirməyə sövq edərək daha böyük karyera uğurları qazanıracaq
• Menecerin təşkilat üçün qiymətini və dəyərini artırıracaq
• Uğuru artırır və menecerləri (həm daxili, həm də xarici) sertifikatı olmayan menecerlərdən fərqləndirirəcək
• Komanda üzvlərinə rəhbərliyi dəstəkləmək və özlərini daha da inkişaf etdirmək üçün ilham verməyə kömək edəcək
• Təşkilatın gəlirinə müsbət təsir göstərirəcək
• İş təcrübəsindən kənar idarəetmə biliklərini artırıracaq
Təlimlər aşağıdakı tarixlərdə keçirilməsi planlaşdırılır:
14-23 iyun (12:00-15:00)
13-22 sentyabr (17:00-20:00)
15-24 noyabr (17:00-20:00)
Əlavə məlumat əldə etmək üçün:
Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi, 31
Telefon: ( 994 12) 492 74 18.
E-mail: [email protected]шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər