Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Millət vəkili alimlər və yaradıcı gənclərlə görüşdü

Baxılıb: 502     Tarix: 06-04-2021 14:20   

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup yaradıcı, ictimai fəal xanımla görüşüb, onlarla mədəniyyətyönümlü müxtəlif layihələr, o cümlədən Azərbaycan, ümumən türk dünyası mədəni irsi ilə bağlı kitab layihələri barədə fikir mübadiləsi aparıb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il içində keçirilməsi planlaşdırılan festivallar, habelə yubileyi bu ilə düşən klassiklərin yubileyinin qeyd olunmasında ziyalı xanımların, elm və mədəniyyət xadimlərinin üzərinə düşən mənəvi vəzifələr yönündə də fikir mübadiləsi aparılıb.
Dos. dr. Təhminə Bədəlova, dos.dr. Təranə Turan Rəhimli, dos. dr. Pərvanə Məmmədli, Azərbaycanın əməkdar artisti Nəcibə Hüseynova, Sankt-Peterburqda yaşayan araşdırmaçı-yazar Şahnaz Kamal, şair-publisist Könül Səid, ədəbiyyatşünas Gülnar Qasımlı, jurnalist Şahanə Müşfiq, dekorativ-tətbiqi sənət ustası, rəssam Surə Seyidova Komitə sədrinə səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib.
Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar