Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Korona xəstəsi işlədiyi mağazada saxlanıldı - Foto

Baxılıb: 411     Tarix: 09-04-2021 11:43   
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Toğrul Cəbrayılova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs işlədiyi “Dəftərxana ləvazimatları” mağazasında aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar