Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Topçu Vüsalı evində BELƏ QARŞILADILAR - VİDEO

Baxılıb: 531     Tarix: 12-04-2021 11:23   

Vətən müharibəsində bütün Azərbaycanın tanıdığı qəhrəmanlardan biri də topçu Vüsal Şahkərimovdur.
Qanunvehedef.az Metbuat.az-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində şücaəti və qorxmazlığı ilə hamının sevimlisinə çevrilən Vüsal Şahkərimov Xaçmaz rayonun Qusarçay kəndinə, valideynlərinin yanına gəlib.
Bu münasibət ilə "İctimai" TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar. Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.
Məlumat üçün bildirək ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Daha ətraflı videomaterialda:

шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking