Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Paşinyan: "Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq alırdı"

Baxılıb: 625     Tarix: 15-04-2021 12:12   

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə çıxışı zamanı deyib ki, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi Yunan adalarında torpaq sahələri alırdı.
Bu barədə azatutyun.am xəbər yayır.
O bildirib ki, kritik infrastrukturun inkişafının xüsusi çəkisi baxımından Ermənistan şərti vahidlərdə 10-1 hesabı ilə Azərbaycandan geri qalıb.
Paşinyan Ermənistanda hərbi sənaye sisteminin 2016-cı ilin aprelindən sonra, Azərbaycandan 11 il geri qalmaqla formalaşmağa başladığını da vurğulayıb.
"2017-ci ildə Azərbaycanda biri kəşfiyyat olmaqla iki peyk var idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki aldı və Ermənistan hakimiyyəti isə Avropada, Yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı.
Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir", - deyə Paşinyan qeyd edib./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar