Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezident bu yarımstansiyaların açılışını etdi - Foto

Baxılıb: 520     Tarix: 19-04-2021 11:59   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
Qanunvehedef.az xəbər verir ki, dövlətimizin başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib.
Bildirildi ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.
Dövlətimizin başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verildi. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar