Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nazirlikdən aksiyaya reaksiya: Direktor cəzalanacaq!

Baxılıb: 505     Tarix: 19-04-2021 13:30   
Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdlərinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu barədə valideynlərə məlumat verilib:
“Belə ki, onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər. Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək”.
Xatırladaq ki, həmin məktəbdə təhsil alan 30-a yaxın 11-ci sinif şagirdinin adı qeydiyyata salınsa da, təsdiq olunmayıb. Buna etiraz olaraq şagirdlərin valideynləri bu gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar